AZ

Samuxda ağacəkmə aksiyası təşkil olunub

Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Samux Rayon Mərkəzi Xəstəxanasında ağacəkmə aksiyası və iməcilik təşkil olunub.
 
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, aksiyanın keçirilməsində məqsəd "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.
 
Aksiyada Samux Rayon Mərkəzi Xəstəxanasının direktoru Loğman Hacı Bədəlli və müəssisədə fəaliyyət göstərən tibb işçiləri iştirak edib.
Seçilən
39
Mənbələr
Şərh ()
Bağla