AZ

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini - SABİT SAXLAYIB

Türkiyə Mərkəzi Bankı (TCMB) uçot faiz dərəcəsini 50% səviyyəsində sabit saxlayıb.

FED.az xəbər verir ki, bu barədə TCMB-nin məlumatında deyilir. Qeyd edilib ki, uçot dərəcəsi ilə bağlı növbəti qərarlar inflyasiyanın əsas tendensiyasını azaldacaq və inflyasiyanı orta müddətli dövrdə 5 faiz hədəfinə çatdıracaq pul və maliyyə şərtlərini təmin edəcək şəkildə veriləcək.

    Xatırladaq ki, TCBM bundan əvvəl uçot faiz dərəcəsini 5 faiz bəndi artıraraq 45%-dən 50%-ə çatdırıb. Ötən ildən indiyə kimi uçot faiz dərəcəsi 8 dəfə artırılıb. (Apa)

    Seçilən
    24
    4
    Mənbələr
    Şərh ()
    Bağla