AZ

Ermənistanın silahlandırılması: Azərbaycan İrəvana bu XƏBƏRDARLIĞI etdi

“Ermənistanı kənardan nə qədər silahlandırırlar, silahlandırsınlar, əgər ölkənin iqtisadi inkişafı yoxdursa, bu yardımın də heç bir əhəmiyyəti yoxdur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Ermənistanın Hindistan, Fransa və Yunanıstan tərəfindən silahlandırılması və rəsmi Bakının bununla bağlı xəbərdarlığını şərh edən hərbi ekspert Tərlan Eyvazov deyib.

Tərlan Eyvazov bildirib ki, Ermənistandan fərqli olaraq, Azərbaycan öz potensialına güvənir.

“Yunanıstanın müdafiə naziri Ermənistana səfər etdi, Ermənistan müdafiə naziri də Yunanıstana getdi. Fransa ilə də eyni səviyyəli səfərlər baş tutdu. Baxmayaraq ki, Hindistanın hərbi attaşesi yoxdur, ancaq Ermənistana belə bir nümayəndə göndərdilər. Guya Ermənistan yazıq bir dövlətdir və gücləndirilməlidir. Ermənistan özü 30 il müddətdə Azərbaycanın böyük bir ərazisini işğal etmişdi. Milyona yaxın insanı didərgin salmışdı. Yazıq kimi gördükləri Ermənistanla bağlı bu fakt da var”, – deyə o əlavə edib.
Hərbi ekspertin sözlərinə görə, bu dövlətlər Ermənistana rəhm etdikləri üçün yox, öz məqsədləri üçün silahlandırırlar:

“Hindistanın Ermənistana isti münasibəti Azərbaycanın Pakistanla olan münasibətinə görədir. Yunanıstanın münasibəti Azərbaycanın Türkiyə ilə yaxın müttəfiq olmasına görədir. Fransanın da münasibəti aydındır. Fransa Azərbaycanın güclənməsini istəmir, türk zolağının yaranmasına qarşı çıxır və öz maraqlarını regionda təmin etmək istəyir”.

O qeyd edib ki, Ermənistanı nə qədər silahlandırsalar da, ən əsası əhalisinin sayı artan yox, azalan xətt üzrə gedir.
“Ölkəni kənardan nə qədər silahlandırırsa, silahlandırsın, əgər özünü iqtisadi inkişafı yoxdursa, bu köməyin heç bir əhəmiyyəti yoxdur. Ermənistanın inkişafı qonşulardan – Türkiyə, Gürcüstan, Azərbaycan və Rusiyadan asılıdır. Yunanıstanın vəziyyəti elə deyil ki, Ermənistana dəstək dursun, Yunanıstan özü yardımla yaşayır. Fransa da verdiyi silahların hamısını pulunu çıxarıb, Hindistan da pulsuz heç nə etməz.

Azərbaycan öz potensialına güvənərək addımlar atır. Ona görə də, Azərbaycan tərəfi bildirdi ki, onların silahlanmasının heç bir əhəmiyyəti yoxdur və cəzalandırma tədbiri hər zaman keçərlidir”, – deyə hərbi ekspert yekunlaşdırıb.

Səxavət Məmməd

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla