AZ

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Yığmanın

Bakı, 25 aprel, AZƏRTAC

"Ölkəmizdə akrobatika gimnastikasına olan maraq bizi çox sevindirir".

AZƏRTAC xəbər verir ki, bu sözləri akrobatika gimnastikası üzrə milli komandanın məşqçisi Leyla Əliyeva bu gün start götürən 29-cu Azərbaycan birinciliyi və Bakı çempionatı ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

O, daxili turnirlərin beynəlxalq yarışlara hazırlıq baxımından əhəmiyyətindən bəhs edib: "İdmançılarımız ölkə birinciliklərində qüvvəsini sınayaraq mötəbər yarışlara hazırlaşırlar. Bizi qarşıda üç Dünya Kuboku gözləyir. Onlar müvafiq olaraq, Bolqarıstan, Portuqaliya və Polşada təşkil olunacaq. Yığmanın heyətində bütün gimnastlarımızın medal qazanmaq şansı yüksəkdir. Hər birinə ümidlərimiz böyükdür".

Qeyd edək ki, aprelin 26-na kimi davam edəcək ölkə çempionatında 71 idmançı qüvvəsini sınayır.

 

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla