AZ

Türkiyə klubu Ramil Şeydayevdən ikiəlli yapışacaq

Türkiyə mətbuatı "Kocaelispor"un azərbaycanlı futbolçusu Ramil Şeydayevin son turlardakı çıxışı və mövsümün qalan hissəsi ilə bağlı ondan gözləntilərdən yazıb.

Sportinfo.az xəbər verir ki, “Kocaeli Gazetesi” millimizin üzvünün performansının son dönəmlərdə artdığını qeyd edib:

"Ramil Şeydayevi komandamıza dəvət edəndə və onun karyerasına nəzər saldıqda böyük futbolçu olduğu qənaətinə gəlirdik. Amma önəmli olan onun hazırda necə oynaması idi.

Şeydayev həqiqətən də ikinci dövrənin ilk görüşlərində effektli görünürdü, amma sonra nədənsə geriləmə oldu. Komanda daxilindəki mənfi qruplar da Ramili çətin vəziyyətə saldı.

Komandada karyerası çoxlarından zəngin olan Şeydayev bir müddətdir ki, tənqidlərə məruz qalmışdı. Məşqçi dəyişikliyi onun üçün üstünlük deyildi.

Amma Ramil Azərbaycan millisində oynayıb qayıdandan sonra tamam başqa görkəm aldı. İndi o, əvvəllər olduğu kimi yaxşı oynamağa başlayıb, üstəlik, daha effektlidir.

“Kocaelispor” azarkeşləri ümid edir ki, son dörd turda Şeydayev komandanın oyununa təsirini görəcək. Ramil bu cür effektli çıxışını davam etdirsə, "Kocaelispor"un əvəzolunmaz futbolçusuna çevriləcək.

Fiziki quruluşuna və ağır çəkisinə baxmayaraq, onun partlayıcı, sürətli reydləri komandaya son raundlarda üstünlük verəcək.

Onun yaxşı texnikası var ki, bu da ona təkcə ikinci mərtəbədə deyil, ümumilikdə ustalıqla hərəkət etməyə imkan verir.

İndi hamı azərbaycanlıdan daha çox qol və məhsuldar ötürmə gözləyir. Deyəsən, Şeydayev son matçlarda səviyyə fərqini daha da çox göstərəcək".

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla