Türkiyə Superliqasının 34-cü turunda keçiriləcək "Fənərbaxça" - "Beşiktaş" oyunu üçün hakim təyinatları açıqlanıb.
QOL.az Türkiyə Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, matçı Volkan Bayarslan idarə edəcək.
Qeyd edək ki, aprelin 27-i keçiriləcək "Fənərbaxça" - "Beşiktaş" görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. "Fənərbaxça" 86 xalla 2-ci, "Beşiktaş" 51 xalla 4-cü pillədə qərarlaşıb.