AZ

Litvada və Polşada Belarusa hücum üçün döyüş PUA-ları istehsal edilir -İvan Tertel

Belarus DTK-nın rəhbəri İvan Tertel bildirib ki, Litva və Polşada radikallar ölkədə yerləşən hədəfləri vurmaq üçün nəzərdə tutulmuş döyüş pilotsuz uçuş aparatları istehsal edirlər.

“İki sahil” RT-yə istinadla xəbər verir ki,  Tertel bu barədə ÜmumBelarus Xalq Assambleyasında çıxışı zamanı bildirib.

“Litva və Polşada radikallar döyüş pilotsuz uçan aparatları istehsal edirlər”, – RİA Novosti ondan sitat gətirir.

Tertel aydınlaşdırıb ki, radikallar bu dronlardan kritik Belarus hədəflərinə hücum etmək üçün istifadə etmək istəyirlər.

Bundan əvvəl Belarus lideri Aleksandr Lukaşenko bəyan etmişdi ki, Belarusa hücum olacağı təqdirdə Minsk və Moskva bütün növ silahlarla cavab verəcəklər.

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla