AZ

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bakı, 25 aprel, AZƏRTAC

Filippində cənub bölgəsində qızılca, mərkəzi hissəsində göyöskürək epidemiyaları yayılıb. Ölkənin əyalət və şəhərlərinin təxminən 70 faizində poliomielit riski yüksək həddədir.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondu (UNICEF) məlumat yayıb. Hər üç xəstəliyin uşaqlar üçün yüksək yoluxucu epidemiyalar qrupunda olduğu bildirilir.

Mindanao əyalətindəki Banqsamoro muxtar bölgəsində mart ayının ortalarında qızılca xəstəliyinə qarşı peyvəndləmə kampaniyası başlayıb. Aprelin 1-nə olan məlumata görə, orada qızılcaya artıq 500-dən çox yoluxma halı qeydə alınıb. Banqsamoro bölgəsi Filippinin digər hissələri ilə müqayisədə ən aşağı sağlamlıq, qidalanma, təhsil və digər rifah göstəricilərinə malikdir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son beş ildə Filippində 900-ə yaxın uşaq qızılcadan ölüb.

BMT-nin Uşaq Fondu Qızılca və göyöskürək epidemiyalarına qarşı mübarizə məqsədilə Filippin üçün təcili olaraq iki milyon doza peyvənd alınmasını dəstəkləyir. Qarşıdakı həftələrdə ölkəyə bir milyon peyvənd gətiriləcək, yaxın aylarda daha bir milyon da gözlənilir.

UNICEF uşaqlar arasında peyvəndlə qarşısı alına bilən xəstəliklərə son qoymaq üçün tələb və təklif problemlərini həll etməyin, hər hansı peyvənd kampaniyasından əvvəl icmaların sosial hazırlığının gücləndirilməsinin vacibliyini vurğulayır.

 

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla