AZ

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Milli

Bakı, 25 aprel, AZƏRTAC

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə Dəmiryol Səyyar Klinikası aprelin 26-27-də Balakən rayon sakinləri üçün tibbi aksiya keçirəcək.

Mərkəzin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən AZƏRTAC-a bildirilib ki, saat 9-da başlanılacaq tibbi aksiyanın keçirilməsində əsas məqsəd müraciət edənlərin problemlərinin müəyyənləşdirilməsi və aşkarlanmış xəstəliklərin həlli yolunu tapmaqda kömək göstərilməsidir.

Aparılan müayinələr əsasında göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılır və əldə edilən nəticələr müzakirə edilir. Ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlməsinə şərait yaradılır.

Qeyd edək ki, Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə Dəmiryol Səyyar Klinikası respublika rayonlarının əhalisinə xidmət göstərmək üçün 2005-ci ildə Avtomobil Səyyar Klinikası, 2018-ci ildən isə Mərkəzin səyyar qatarı fəaliyyətə başlayıb. Səyyar klinikanın fəaliyyətinin əsas məqsədi oftalmoloji xəstələrin vaxtında müayinə olaraq onları narahat edən problemlərin yerindəcə müalicə edilməsidir. Klinikanın təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqları bunun öhdəsindən layiqincə gəlirlər.

Hazırda dünyada görmə zəifliyi və görmə qabiliyyətinin tamamilə itirilməsindən əziyyət çəkən milyardlarla xəstə var. Həmin rəqəm hər il artmaqda davam edir və Mərkəzin keçirdiyi aksiyaların məqsədi, vaxtında müayinə və müalicə etməklə korluq hallarının qarşısını almaq, həmin problemlərdən əziyyət çəkənlərin sayının azalmasına kömək etməkdir.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla