AZ

“İstəyirdim yazım ki, “Oğlum sənə, “Neftçi”, sənə sevgim bitməz, sadəcə...” – Fuadın atası

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Zirə” - “Neftçi” matçında maraqlı pankart gördük.

Belə ki, qəsəbə təmsilçisinin oyunçusu Fuad Bayramovun atası açdığı pankartda “Oğlum, qol vur, atan sevinsin” yazılmışdı. Fuadın da bu matçda qol vuraraq həlledici məqamda komandasını hesabda önə çıxarması və atasının pankartına cavab verməsi xoş təsadüf idi. Görəsən, pankartın və həmin sözlərin ideya müəllifi kimdi?

“Football-plus.az” bu barədə futbolçunun atası Etibar Bayramovla danışdı:
“İdeyanın müəllifi özüməm. Hələ ötən mövsüm 13-cü turda Fuad “Şamaxı”da çıxış edən zaman “Turan Tovuz”la oyunda da pankart açmışdım. Orda yazmışdım ki, “Oğlum, “Turan”a qol vurun”. Həmin matçda qol vursa da, indiki kimi gündəmdə olmamışdı. Doğrusu, “Neftçi”ylə oyunda fərqli pankart açacaqdım. İstəyirdim yazım ki, “Oğlum sənə, “Neftçi”, sənə sevgim bitməz”. Sadəcə, belə alındı. Buna görə çox sevinirəm. Fuad çox çətinliklər görüb. Onun bura qədər gətirən də çəkdiyi zəhmət, əziyyətdi”.


KAMAL SƏFƏR
Seçilən
58
Mənbələr
Şərh ()
Bağla