AZ

Ermənilərin türklərə atdığı böhtana haqq qazandırdı – “Bizim də ağrımızdır”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova qondarma soyqırımı mövzusuna ölkəsinə ermənilərə dəstəyini ifadə edib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə brifinqdə danışıb.

Zaxarovanın sözlərinə görə, Rusiya həmişə “erməni soyqırımı”nı öz ağrısı və kədəri kimi qəbul edib.

“Aprelin 24-ü Osmanlı İmperiyasında erməni soyqırımının (qondarma – red.) ildönümüdür. Bu kədərli tarixin müttəfiqimiz Ermənistan, dost xalq və Rusiyadakı çoxmilyonlu erməni diasporu üçün çox böyük tarixi, mənəvi, və siyasi əhəmiyyəti var. Biz həmişə bu faciəni öz dərdimiz, ağrımız kimi qəbul etmişik”.

Onun sözlərinə görə, Moskva “soyqırımı”nın rəsmi tanınmasını ilk elan edənlərdən olub.

Söhbət Osmanlı İmperiyasından sonra Rusiyaya - Zaxarovanın ölkəsinə xəyanət edən ermənilərdən gedir.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
33
Mənbələr
Şərh ()
Bağla