AZ

75%-ə yaxın respondent ölkədə tiktokun bağlanmasını istəyir - Sorğu

Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğu nəticələrinə görə, respondetlərin 74,9%-i Azərbaycanda "TikTok" sosial media hesabına məhdudiyyətlərin qoyulmasını istəyir. Bu barədə qurumun son sorğu hesabatında qeyd olunub. 
 
Sorğuda iştirak edənlərin 21,2%-i məhdudiyyətlərə "yox" deyir, 3,9% isə fikir bildirməkdən imtina edib. 
 
Sorğu 12 iqtisadi rayonu əhatə edib. Ümumilikdə sorğuda 390 nəfər iştirak edib. 
 
Son günlər mətbuatda bir neçə ölkədə "TikTok" platformasının bağlanması ilə bağlı xəbərlər yazılıb. 
 
Bir gün öncə də ABŞ ölkə ərazində "TikTok" platformasının qadağan olunması ilə bağlı qəərar qəbul edib. 

Gülnar Nazimqızı 
www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
anews.az

1Mənbələr

Şərh ()
Bağla