AZ

Ülvi İsgəndərov Türkiyədə əməliyyat olundu

Premyer Liqada uğursuz mövsüm keçirən “Qəbələ”nin sağ cinah vingeri Ülvi İsgəndərov Türkiyədə əməliyyat olunub.

Arena.az xəbər verir ki, bu barədə əyalət təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

27 yaşlı hücumçuya qasıq yırtığı ilə bağlı cərrahi müdaxilə İstanbulda gerçəkləşib.

İsgəndərovun əməliyyatı uğurlu keçib. Onun 3-4 həftəyə komanda ilə məşqlərə başlayacağı gözlənilir.

Qeyd edək ki, Ülvi son matçını martın 9-da “Sabah”a qarşı keçirib. O, cari mövsümdə cəmi 26 oyuna çıxıb və 1 qolla yadda qalıb.

Xatırladaq ki, Ülvi İsgəndərov “Qəbələ”nin öz yetirməsidir. O, bu klubun əsas komandasında 140 oyuna çıxıb, 21 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Hücumçu 2018/2019 mövsümündə icarə əsasında “Sumqayıt”da oynayıb və 20 oyuna 5 qol vurub. Azərbaycanın U-21 yığmasında oynamış futbolçu əsas millidə debüt şansı qazanmayıb.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla