AZ

Elmira Süleymanova ilə vida mərasimi keçirilir (FOTO)

Bakı. Trend:

Sabiq Ombudsman Elmira Süleymanova ilə vida mərasimikeçirilir.

Trend xəbər verir ki, Təzə Pir məscidində keçirilən vidamərasimində mərhumun yaxınları, rəsmi şəxslər, ictimaiyyətnümayəndələri iştirak edirlər.

Bildirilir ki, mərhum İkinci Fəxri xiyabanda dəfn olunacaq.

Xatırladaq ki, Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili(Ombudsman) Elmira Süleymanova vəfat edib.

Qeyd edək ki, Elmira Teymur qızı Süleymanova 17 iyul 1937-ciildə Bakı şəhərində anadan olub. Kimya elmləri doktoru, (1980),professor (1981), Azərbaycan Respublikası Prezidentinin fərditəqaüdçüsü olub. E.Süleymanova 2002-2019-cu illərdə Azərbaycanınİnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) vəzifəsini tutub.

O, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə İnsanhüquqlarının qorunması sahəsində xidmətlərinə görə "Şöhrət" və“Şərəf” ordeni ilə təltif edilib.

Elmira
Elmira
Elmira
Elmira
Seçilən
53
49
Mənbələr
Şərh ()
Bağla