AZ

"Mənasız kitablarını satmaq istəyir..." - Etibar Əliyevlə Şəmil Sadiq arasında yeni qalmaqal

Deputat Etibar Əliyev “Hədəf” nəşriyyatının rəhbəri Şəmil Sadiq arasında növbəti qalmaqal baş verib. Buna deputatın "Hədəf" rəhbərinin ideya müəllifi olduğu “Oxu Günü -10” adlı kitab festivalını sərt tənqid etməsi səbəb olub.




Bakupost.az xəbər verir ki, E.Əliyev Şəmil Sadiqin müəllifi olduğu kitabları satmaq üçün belə bir festival təşkil etdiyini bildirib:

“30 ildən çoxdur ki, kitabxana qururam və məndən çox kitab mağazalarına gedən və kitab alan yoxdur. Facebook səhifəmdə 200 kitabın təqdimatını aparmağı qarşıma məqsəd qoymuşam. Kitab mağazalarına və Bukinistə gələnlərin demək olar ki, əksəriyyətini tanıyıram. Bütün kitab mağazalarındakı yeniliklərdən xəbərdaram. Bunu kitab satıcılarından soruşa bilərsiniz. Aprelin 27-28-də kitab festivalı keçirmək təşəbbüsü ilə aləmə car çəkənlərin başda Şəmil Sadiqov olmaqla heç birinin kitabla əlaqəsi yoxdur. Onlar özlərinin nəşriyyatlarının çap etdiyi kitabları, broşürları və müəllifi olduğu mənasız kitabları satmaq məqsədilə bu tədbiri təşkil edirlər”.

Deputat Şəmil Sadiqi kitab festivalından sui-istifadə etdiklərini deyib:

“Kitab festivalı adı altında yalançı özünütəbliğ və külli-miqdarda pul qazanmaq fürsəti avantüradan başqa bir şey deyil. Bu kitabı gözdən salmaqdır. Kitab festivalını Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi keçirməlidir”.
"Hədəf" rəhbərinin deputata cavabı gecikməyib. O, sosial şəbəkədə rişxəndlə “Etibar Əliyev də “Oxu Günü 10”-un təbliğatına başladı" deyə yazıb:

"Razılaşdıq ki, antireklam da reklamdır, sən də bu variantla təbliğata başla. Yenə də sağ olsun, sözümüzü yerə salmadı. Hellas... Sərgiyə gəlsəydi, bir kitab hədiyyə edərdim klassiklərdən. Yəqin ki, gəlməyəcək. Yenə də odundan qəşəng bir hədiyyə paketi ilə göndərmək istəyirəm, amma bilmirəm, hansı kitabı göndərim, təkliflərə açığam, kimin təklifini bəyənsəm, ona da bir kitab hədiyyəm olacaq”.

Vasif, BakuPost
BakuPost
Seçilən
30
Mənbələr
Şərh ()
Bağla