AZ

Metanın gəliri ilin birinci rübündə bu qədər artıb

\"Facebook”, \"Instagram” və \"WhatsApp”ın sahibi olan \"Meta”nın gəliri bu ilin birinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 27 faiz artaraq 36,5 milyard dollara çatıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, müvafiq olaraq, şirkətin bu ilin ilk rübündəki gəliri keçən ilin eyni dövrü ilə müqayisədə yüzdə 27 artaraq 36,5 milyard dollara çatıb.
 
Meta 2023-cü ilin birinci rübündə 28,6 milyard dollar gəlir əldə edib.

Şirkətin bu dövrdəki gəliri 36,2 milyard dollarlıq bazar gözləntilərini üstələyib.

Meta-nın xalis mənfəəti bu ilin ilk rübündə 117 faiz artaraq 12,4 milyard dollara çatıb.
 
Şirkət 2023-cü ilin birinci rübündə 5,7 milyard dollar mənfəət açıqlayıb.

Şirkətin 2023-cü ilin birinci rübündə 2,20 dollar olan səhm üzrə mənfəəti bu ilin eyni dövründə 4,71 dollara yüksəlib.

Mart ayının sonuna olan məlumata görə, Meta-nın işçilərinin sayı keçən illə müqayisədə yüzdə 10 azalaraq 69 min 329-a düşüb.

Şirkət ilin ikinci rübündə 36,5 ilə 39 milyard dollar arasında gəlir gözlədiyini bildirib.

Açıqlamada fikirlərinə yer verilən Meta CEO Mark Zuckerberg, ilə yaxşı başladıqlarını ifadə edib.

Meta AI-nin yeni versiyasının dünyanın qabaqcıl süni intellektinin yaradılması istiqamətində atılan daha bir addım olduğunu bildirən Zukerberq şirkətin tətbiqlərində sağlam artım müşahidə etdiyini qeyd edib.
 
Mikayıl
Seçilən
43
1
Mənbələr
Şərh ()
Bağla