AZ

Üçüncü Dünya Müharibəsi ASTANASINDA: Vəziyyət çox gərgin və ağırdır

“Üçüncü Dünya Müharibəsinin işartıları artıq real surətdə özünü biruzə verir. Heç kəsə sirr deyil ki, imperalist qüvvələr artıq hücum mövqeyindədirlər və onlara lazım olan odur ki, böyük bir toqquşma yaransın. Nahaq yerə deyil ki, artıq Rusiya da taktiki nüvə başlıqlarını hazır vəziyyətə gətirib”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, imperalist qüvvələr dünya bölgüsü ilə yenidən məşğul olmaq istəyirlər:

“Çünki onlar şərti olaraq dünyanı 12-15 əlverişli bölgəyə ayırıblar və indi onlar arasında gərgin mübarizə gedir ki, kim harada hegemonluq edəcək. Bəs “hegemonluq” dedikdə nəyi nəzərdə tuturlar? Təbii sərvətlərin açarları, tranzitlərin, nəhayət bazarların giriş-çıxışları… Bu isə real situasiyadır. Belə ki, dünyada yavaş-yavaş güc mərkəzlərinin sayı artır və bu imperalistləri ciddi şəkildə narahat edir. Odur ki, demək olar ki, 10-dan çox dünya regionunda müharibə şəraiti davam edir. Vəziyyət çox gərgin, ciddi və ağırdır. Belə ki, dünya dəyişilir, ancaq ABŞ, Britaniya, NATO, Fransa öz çirkin istəklərinə nail olmayacaqlar. Bu o qədər də asan məsələ deyil.

Elə həmin qüvvələr Cənubi Qafqazda da Ermənistan vasitəsilə təxribatçı hərəkətlərin miqyasını genişləndirmək, yenidən müharibəni qızışdırmaq istəyirlər”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla