AZ

ABŞ dəstəklədiyi Paşinyanın “rəqib”ini niyə “qəhrəmana” çevirir?

Erməni əsilli Rusiyalı oliqarx Ruben Vardanyanla bağlı təbiğat kampaniyası başlayıb. Dünyanın məşhur PR şirkətlərinin cəlb olunduğu kampaniya onun “qəhrəmanlaşdırılması” istiqamətində aparılır. Onun “Nobel sülh mükafatı”na namizəd kimi göstərilməsi, bunun ardından onun guya aclıq aksiyasına başlaması və ailə üzvlərinin CNN kimi platformalara çıxışı bu təbliğat kampaniyasının bir hissəsidir.

Ukraynada separatizmə birbaşa dəstək verən rusiyalı oliqarxın ABŞ şirkətləri tərəfindən dəstəklənməsi şübhə doğurur. Bundan əlavə USAİD-in rəhbəri Samanta Pauerin rusiyalı oliqarxa dəstək verməsi də eyni təsir bağışlayır. ABŞ şirkətləri, rəsmiləri, nəhəng media imperiyaları Qərbin dəstəklədiyi Paşinyana rəqib kimi ortaya atılan rusiyalı oliqarxın təbliğatı ilə niyə məşğul olur?

Aktiv Rusiya yönümlü mövqeyi ilə tanınan Vardanyan Ukraynanın sanksiya tətbiq etdiyi şəxslər sırasındadır. Siyahıda o, “dərhal həbs olunmalı və Ukrayna və NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməli” şəxs kimi göstərilir. O, Rusiyanın təcavüzünü inkar etməkdə və açıq şəkildə əsaslandırmaqda və postsovet məkanında hərbi əməliyyatları maliyyələşdirməkdə ittiham olunur.

Britaniyanın Mühafizəkarlar Partiyasının üzvü Bob Blekman çıxışı zamanı Vardanyanı Ukraynaya qarşı aqressiyanın şəriyi kimi təqdim edib. “Onun şirkətləri Ukraynada və Dağlıq Qarabağda hərbi mövcudluğun genişləndirilməsi prosesində yaxşı yaxşı iştirak edib”. O, sanskiyalardan yayınmaq üçün Rusiya vətəndaşlığından imtina etsə də Ukrayna onun “qara siyahı” da olması ilə bağlı sənədi yeniləyib.

Rusiya vətəndaşlığından imtina edən Ruben Vardanyan 2022-ci il sentyabrın 1-də Qarabağa köçüb. Vardanyan sülhməramlıların fəaliyyəti dövründə Azərbaycana məxsus ərazidə mis, molibden və qızıl yataqlarını qanunsuz olaraq ələ keçirib. 2022-ci il oktyabrın 20-də Vardanyan qondarma “Dağlıq Qarabağ Respublikası”nın hökumət başçısı “vəzifəsi”nə “təyin edilib” və noyabrın 4-də “vəzifə”sinin icrasına başlayıb. Lakin Bakının qətiyyətli addımlarından sonra qondarma vəzifədən çıxmalı olub. Buna baxmayaraq Vardanyan Xankəndidə təxribatçı fəaliyyətini davam etdirib. O, aktiv şəkildə Qarabağın “status məsələsi”ni gündəmdə saxlamağa çalışıb, “böhran”, “humanitar fəlakət”, “aclıq” kimi kartlardan istifadə etməklə beynəlxalq ictimaiyyətin diqqətini çəkməyə cəhd edib. Vardanyan sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb və Bakıya gətirilib. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi açılıb.

Məlum olduğu kimi, 2019-cu ilin mart ayında Avropa Parlamentinin üzvləri Avropa Komissiyasının sədri Jan-Kloda Vardanyana sanksiyaların tətbiq edilməsi ilə bağlı məktub ünvanlayıblar. Məktub Britaniya, Almaniya, İsveç, Litva, Polşa və başqa ölkələri təmsil edən 22 Avropa Parlamentinin üzvü tərəfindən imzalanıb.

Qeyd edim ki, 2011-ci ildə “Forbes”in hazırladığı siyahıda Rusiyanın ən varlısı kimi təqdim olunan Vardanyan “Troika Dialog”un rəhbəri olub. Hansı ki, bu şirkətin adı çirkli pulların yuyulmasında hallanıb.Vardanyan 2021-ci ildə Rusiya vətəndaşlığından imtina etməsinə baxmayaraq orada biznes fəaliyyətini davam etdirib. O, “ROSTEC”, KAMAZ OJSC kimi məşhur şirkətlərə rəhbərlik edib. Bundan əlavə, o “Avtovaz”ın keçmiş sahibi olub, lakin 2013-cü ildə payını 180 milyon dollara satıb.

Rusiyada kapitalizmin yeni inkişafı dövründə “Troika Dialoq” ilə özünə ad-san qazanan Vardanyan bu layihə ilə Kreml ilə əlaqələrini möhkəmləndirib. O, milyoner statusunu da məhz bu dövrdə əldə edib. Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin (Organized Crime and Corruption Reporting Project – OCCRP) jurnalistinin əldə etdiyi məlumata görə “Troyka Çamaşırxanası” 2006-cı ildən 2013-cü ilə qədər hazırda fəaliyyəti dayandırılan Litva bankı vasitəsi ilə 4.8 milyard dollar ölkədən çıxarılıb. Vardanyan bu məsələdə şəxsən təqsirli bilinməsə də, bu proses onun rəhbər olduğu dönəmə düşüb.

Milli.az

Seçilən
51
1
Mənbələr
Şərh ()
Bağla