AZ

Ukrayna kəşfiyyatından SENSASİON MƏLUMAT: Rusiya beynəlxaq tədbiri pozmaq istəyir

“Ukrayna prezidenti Volodimir Zelenski tərəfindən məsələlərin mahiyyətinə varsaq, hesab etmək olar ki, o, haqlıdır. Bu da təbii haldır, çünki Rusiyanın başlatdığı işğal hərəkətindən sonra Zelenskinin başqa cür fikirləşməyi doğru olmazdı”.

Bu sözləri Yenicag.az-a açqılamasında politoloq Azər Qasımlı deyib.

O, Ukrayna liderinin Rusiyanın İsveçrədə iyunun ortalarına planlaşdırılan Qlobal Sülh Sammitinə mane olmaq planları ilə bağlı səsləndiridyi fikirlərə münasibət bildirib.

A.Qasımova görə isə Rusiyanın yürütdüyü ekspansiya siyasətində düşdüyü çıxılmaz vəziyyəti nəzərə alsaq, bu durumdan çıxmaq üçün hansısa müəyyən sülh şərtlərinə razı ola bilər.

“Lakin geniş mənada geosiyasi aləmdə gedən indiki prosesə baxsaq, hesab etmək olar ki, Moskva sülh istəsə belə, Rusiyanın zəifləməsini istəyən beynəlxalq güclər hansısa maneələr yarada bilərlər. Görürük ki, sülh danışıqları və yaxud mövqelərin yaxınlaşması olan zaman cəbhədə baş verənlər sözügedən prosesləri pozur”, – deyə o bildirib.

“Hesab etmək olar ki, Rusiya vəziyyətdən çıxmaq üçün müəyyən mənada sülh istəyir. Lakin Ukrayna da indi elə durumdadır ki, onun sülhdən başqa çıxış yolu yoxdur. Məncə, ABŞ-nin ayırdığı 61 milyard dollar tranşın fonunda bu məsələlər başa çatana kimi hadisələr indiki kimi qalacaq. Çünki bu məbləğlər elə-belə ayrılmır, əgər bu pulu Ukraynaya verirlərsə, deməli, hansısa güclərin bu savaşda müəyyən maraqları var”, – deyə o əlavə edib.

Politoloq düşünür ki, nə qədər belə sülh çağırışları və mesajlar səslənsə belə, bunlar uğursuzluğa düçar olacaq:

“Çünki geosiyasi aləmdə daşlar hələlik yerinə oturuşmayıb. Həmin gülərin planlarına əsasən, bu, bir neçə il davam etməlidir. Burada böyük mənada iradə lazım olacaq ki, həmin güclərin planları pozulsun və qəfil də olsa, sülh razılığına gedilsin. İndi tərəflərin burada sülh əldə etmək üçün güzəştlərə getmək imkanları olub-olmayacaq, bunu zaman göstərəcək”.

Qeyd edək ki, V. Zelenski “X” hesabında bildirib ki, Ukrayna kəşfiyyatı Rusiyanın İsveçrədə iyunun ortalarına planlaşdırılan Qlobal Sülh Sammitinə mane olmaq planından xəbər tutub.

Rafi Müslümov

Seçilən
29
50
Mənbələr
Şərh ()
Bağla