AZ

Fuat Oktay: Türkiyə-Ermənistan münasibətləri barədə Azərbaycanla mütəmadi məsləhətləşmələr aparılır

Türkiyənin Ermənistanla münasibətləri barədə mütəmadi şəkildə Azərbaycanla məsləhətləşmələr aparılır.

Bu fikirləri “Report”a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay deyib.

TBMM rəsmisi bildirib ki, Türkiyə-Ermənistan sərhədlərinin açılmasının başlıca şərti Qarabağ məsələsinin tamamilə həll olunması və Azərbaycanla sərhədlərin dəqiqləşdirilməsidir: “Dolayısı ilə baş verən hadisələr fonunda və sülh sazişinin imzalanması nəticəsində digər məsələlər müzakirə oluna bilər. Ümumilikdə isə Azərbaycan və Ermənistan arasındakı münasibətlər Türkiyə ilə rəsmi İrəvan münasibətlərinə də təsir edir”.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla