AZ

Moskva İrəvana cavab verdi: Ermənistan özü də başa düşür ki, Azərbaycanla...

Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır.

Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mövqeyini tənqid etməsinə münasibət bildirərkən deyib.

Zaxarova Ermənistan hakimiyyətinin KTMT-yə qarşı ictimai tənqidlərinin davam etməsindən təəssüfləndiyini bildirib.

Onun sözlərinə görə, Təşkilatın katibliyi KTMT-nin nizamnamə məqsəd və prinsiplərinə tam uyğun olaraq respublika qarşısında bütün öhdəliklərin qorunduğunu təsdiqləyib.

“Heç kəs şübhə etmir ki, KTMT-nin məsuliyyət zonasına Ermənistanın ərazisi daxildir”, - Zaxarova deyib.

Seçilən
40
3
Mənbələr
Şərh ()
Bağla