AZ

BƏƏ-də süni zəka əsaslı Formula-1 avtomobillərinin yarışı keçiriləcək (VİDEO)

    BƏƏ-də (Birləşmiş Ərəb Əmirlikləri) süni zəka əsaslı Formula-1 avtomobillərinin yarışı keçiriləcək. Baş tutacaq yarışın mükafat fondu 2.25 milyon dollar təşkil edəcək. Yarışda iştirak edəcək komandalar avtopilot sistemi üçün lazım olan təchizata sahib eyni Formula-1 avtomobilini əldə edəcəklər. Lakin komandaların əldə edəcəkləri avtomobil yarış üçün proqram təminatına sahib olmayacaq. Komandaların iştirakçılarının sahib olduqları əsas tapşırıq avtomobildə mövcud olan süni zəka sisteminə avtomobili sürətli və diqqətli şəkildə idarə etməyi öyrətməkdir.

     Məlumatda qeyd edilib ki, komandalar Dallara Super Formula SF23 adlı Formula-1 avtomobilini əldə edəcəklər. Bu, Super Formula kateqoriyasına daxil olan əsl Formula-1 avtomobilidir. Komandalara təqdim olunacaq avtomobillər avtopilot sistemi üçün lazım olan təchizatları özlərində birləşdirəcəklər. Söhbət, GPS, radar, lidar, 7 ədəd kamera və daxil olan məlumatların emalı üçün nəzərdə tutulmuş kompüterdən gedir.

     Yarışda iştirak edəcək müxtəlif süni zəka modelləri yarış yolunda istiqamətlənməyi bacarmalı və onlardan hər biri yarışı birinci bitirməyə hədəflənməli olacaqlar. Yarışda 8 komanda iştirak edəcək. Hər bir komanda proqramlaşdırma, süni zəka alqoritmləri və machine learning sahələrindəki biliklərini istifadə etməli olacaq. Qeyd etmək lazımdır ki, süni zəka əsaslı Formula-1 avtomobillərinin iştirakı ilə keçiriləcək yarış tədbirinə 27 aprel tarixində start veriləcək.

© technote.az

Seçilən
92
50
Mənbələr
Şərh ()
Bağla