AZ

Bakıda Moskvanın nəqliyyat, tikinti və FMCG sahəsində mal və xidmət istehsalçılarının biznes missiyası keçirilir - FOTO

\"Landmark Hotel Baku”da baş tutan işgüzar danışıqlar 23-25 aprel tarixlərini əhatə edəcək. Biznes missiyası çərçivəsində Moskvanın Sahibkarlıq və İnnovativ İnkişaf Departamentinin tabeliyində fəaliyyət göstərən Moskva İxrac Mərkəzi sahibkarlar üçün Azərbaycan Respublikasının işgüzar dairələrinin nümayəndələri ilə 150-yə yaxın görüş təşkil edir.

Rusiya paytaxtını təmsil edən 15 şirkət tikinti sənayesi, İT, nəqliyyat və logistika üzrə öz məhsullarını və həllərini, eləcə də geniş istehlak mallarını təqdim edir. Biznes missiyasının əksər üzvləri təcrübəli ixracatçılardır və Azərbaycan bazarının potensialını yüksək qiymətləndirirlər.

\"Cənub-Şimal” beynəlxalq nəqliyyat dəhlizi Azərbaycan ərazisindən keçir; bu dəhliz ölkələrimiz arasında ticarət dövriyyəsinə marağın artmasına təkan verib. Biz Azərbaycan şirkətlərinin istehsal etdiyi məhsulların Rusiyaya, eləcə də Rusiya istehsalçılarının məhsullarının Azərbaycan bazarına tədarükünü təmin etməyə hazırıq”, - ALBERANI LOGISTICS (АЛЬБЕРАНИ ЛОГИСТИКС) MMC-nin kommersiya direktoru Dmitri Azarov bildirib.

Elektrik kommunikasiyalarının çəkilməsi və əlavə izolyasiyası üçün kabeldaşıyıcı sistemlərin istehsalçısı olan PROMRUKAV (ПРОМРУКАВ) MMC-nin ixrac satışları üzrə meneceri Andrey Mezentsevin sözlərinə görə, təmsil etdiyi şirkət estetik və təhlükəsiz quraşdırma mədəniyyətini inkişaf etdirmək üçün Azərbaycan bazarında etibarlı tərəfdaşlar axtarır: \"Biz kabeldaşıyıcı sistemlər üzrə bütün məhsul çeşidimizi, eləcə də elektrotexnika şəbəkəsinin quraşdırılması vaxtını əhəmiyyətli dərəcədə azaltmağa imkan verən elektromontaj üçün innovativ məhsullar təqdim edirik”. 

\"Qaqarinskiye Manufakturı” (\"Гагаринские Мануфактуры”) MMC dadlandırıcı qismində şəkərsiz, ballı sağlam şokolad məhsulunu təqdim edir: \"Biz məhsulumuzu məhsul matrisinin formalaşmasına cavabdeh olan tərəfdaşlara təqdim etmək və təbii ki, Azərbaycanda mağaza rəflərinə yol tapmaq istəyirik”, - şirkətin inkişaf üzrə direktoru Yekaterina Obıçayko deyib.

 

 

 
















Seçilən
45
Mənbələr
Şərh ()
Bağla