AZ

Türkiyədə ruslara bu qadağa da tətbiq olundu

Türkiyədə bəzi banklar ruslara hesab açmaqdan imtina edirlər.

Publika.az xəbər verir ki, bu barədə RİA Novosti ölkə banklarından birindəki mənbəyə istinadən məlumat yayıb.

“Hazırda Türkiyədə özəl banklarda ruslar üçün hesabların açılması baş ofislərin gücləndirilmiş nəzarəti altında həyata keçirilir. Bəzi hallarda məhdudiyyətlər var və prosedurun özü təxminən üç gün çəkir”, - agentliyin mənbəsi bildirib.

Prosedur yalnız baş ofis razılaşdıqda başlayır. Həmçinin, əsas şərtlərdən biri ən azı 10 min dollar məbləğində götürülməyən əmanətin olmasıdır. Şərtlərdən hər hansı biri yerinə yetirilmədikdə, hesabın açılmasından imtina edilə bilər.

Seçilən
37
1
Mənbələr
Şərh ()
Bağla