AZ

“Heç vaxt müdafiə futbolu oynadığımızı düşünməmişik” – qaliblərin kapitanı

“Zirə” “Qəbələ”ni səfərdə də məğlub etməklə son üç ildə 2-ci dəfə kubokun finalına adladı.

“Football-plus.az”ın əməkdaşı oyundan sonra “qartallar”ın kapitanı Qismət Alıyevlə söhbət edib:
“Qəbələdə oynamaq hər komanda üçün çətindi. Birinci oyunda minimal hesabla qələbə qazanmağımıza baxmayaraq, cavab görüşünün bizim üçün nə dərəcədə çətin olacağını gözə almışdıq. Demək olar ki, 3-4 tur öncədən də bütün diqaətimizi kubok oyununa yönəltmişdik. Bu gün də müdafiədə yaxşı oynadıq və hücumda əlimizə düşən fürsətlərdən maksimum yararlandıq. İlk işimizi həll edərək finala yüksəldik. Qarşıda isə bizi finala bərabər 5 çempionat matçı gözləyir. Bundan sonra da qarşıdakı oyunlara hazırlaşacağıq”.


- Son 7 oyunda məğlub olmamısız. Həm də son oyunlarda 3-4 qol vuraraq “Zirə” müdafiə futbolu oynayır” düşüncəsini dəyişdiz. Bu uğurun sirri nədədi?

- Mövsümün ikinci yarısında üzərimizdə çox çalışdıq. Düşən fürsətlərdən yararlana bilmirdik. Ceyhunla Utziqin komandaya cəlb olunması hücum xəttimizə canlılıq qatdı. İndi hücum xəttində hansısa problemimiz yoxdu. Əvvəl də elə bir problemimiz olmurdu. İndi isə demək olar ki, ələ düşən fürsətlərdən maksimum yararlanırıq. Heç vaxt müdafiə futbolu oynadığımızı düşünməmişik. Sadəcə, indioyunlarımız uğurlu gedir və davamını da gətirmək istəyirik.

- Qarşıda “Qarabağ”la çətin final görüşü gözləyir. Rəqibinizin kimliyi bəllidi. Bu matç barədə nə düşünürsən?

- Həqiqətən də “Qarabağ” çox güclüdü. Qarşıda isə bizi “Qarabağ” qədər çətin 5 oyun gözləyir. Hazırda fikrimizdə “Qarabağ”la final matçı yox, qarşıdakı 5 çempionat görüşü var. Qarşıdakı 5 oyunda maksimum nəticə əldə edə biləriksə, daha sonra “Qarabağ”la oyun haqda düşünə bilərik. İndiki durumda “Qarabağ” haqda nə desək, azdı. Gücünü hamımız bilirik.

KAMAL SƏFƏR
Seçilən
57
Mənbələr
Şərh ()
Bağla