AZ

"Şoyqunun müavininin həbsi Baş Kəşfiyyat İdarəsinin uğurudur" - Budanov

 
"Xüsusi əməliyyat nəticəsində İvanovun konfidensial məlumatları və xidməti sənədlərinə çıxış əldə edilib..."
 
Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin uğurlu xüsusi əməliyyatından sonra Şoyqunun müavini həbs edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna MN Baş Kəşfiyyat İdarəsininin mənbələri "Ukrainskaya pravda" nəşrinə məlumat verib.
 
Məlumatda deyilir ki, 2024-cü ilin mart ayında Ukrayna MN Baş Kəşfiyyat İdarəsinin keçirdiyi xüsusi əməliyyat nəticəsində İvanovun konfidensial məlumatları və xidməti sənədlərinə çıxış əldə edilib.
 
Məlumatda deyilir ki, düşmənin reaksiyası və onun müvafiq serverləri təhlükədən qorumaq cəhdlərinə rəğmən, kiberhücum uğurla həyata keçirilib və öz məqsədinə nail olub.
 
Bu zaman Ukrayna kəşfiyyatı tərəfindən Şoyqunun xidməti sənədlərinə çıxış əldə etdikdən tez bir zaman sonra Rusiyanın istintaq orqanları ona qarşı korrupsiya ittihamı ilə istintaqa başlayıb. Nəticədə İvanov rüşvət almaqda şübhəli bilinərək istintaq təcridxanasına göndərilib.
 
Kəşfiyyat qeyd edir ki, Kreml öncədən də Timur İvanovun rüşvətxorluğu barədə çox yaxşı məlumatlı olub, lakin bu, onun məsuliyyətə cəlb olunmasına nədənsə əsas verməyib.
 
Eyni zamanda informasiyanın sızmasının media vasitəsilə açıqlanması və onun Ukrayna kəşfiyyatına bəlli olması (İvanovun rüşvətxorluğu deyil) onun təqib edilməsinin və həbsə atılmasının gerçək səbəbi olub.
 
Şoyqunun müavininin həbsi - bəlli olanlar
 
Bu günlərdə Rusiya müdafiə nazirinin müavini Timur İvanovun dövlətə xəyanətdə şübhəli bilindiyi məlum olub.
 
Rusiya KİV-lərinin məlumatına görə, İvanov rəsmən "Müdafiə Nazirliyinin ehtiyacları üçün podratçı və subporatçı işlərin aparılmasında" xüsusilə böyük həcmdə rüşvət almaqda ittiham edilir. 
 
Lakin nəşrin mənbələrindən birinin iddia etdiyi kimi, rüşvət almaqda ittiham "publika üçündür", dövlətə xəyanət barədə rəsmən məlumat verilməyib, çünki hər halda söhbət müdafiə naziri müavinindən gedir və bu, böyük qalmaqala səbəb ola bilər.
Seçilən
28
Mənbələr
Şərh ()
Bağla