AZ

Rusiya sülhməramlılarının ərazimizi tərk etməsi Moskva ilə münasibətlərdə yeni səhifə açır - Rauf Əliyev

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham ƏliyevinRusiya Prezidenti Vladimir Putinin dəvəti ilə cari ilin 22 apreltarixində Moskvaya işgüzar səfəri ölkələrimiz arasında mühüməhəmiyyət kəsb edir. Azərbaycan və Rusiya arasında münasibətlərmüsbət dinamika üzrə inkişaf etməkdədir. Tarixi köklərə, qonşuluqmünasibətlərinə əsaslanan bu əlaqələrin yeni mərhələyə qədəmqoyduğunu söyləməyə əsas verir. Azərbaycanın Vətən müharibəsindəkitarixi zəfərindən, antiterror tədbirlərindən sonra regiondayaratdığı yeni reallıqlar, Rusiya sülhməramlılarının ərazimizi tərketməsi və Moskva ilə də münasibətlərdə yeni səhifə açır. Cənabİlham Əliyevin Baykal-Amur Magistralının (BAM) inşasınabaşlanmasının 50 illiyi münasibətilə rusiyalı həmkarı VladimirPutin tərəfindən bu ölkəyə dəvət edilməsi ölkələrimiz arasında olansıx əlaqələrin göstəricisidir. Ölkə başçılarının təkbətək görüşüzamanı bir sıra vacib məsələlər, o cümlədən, logistika,təhlükəsizlik mövzusunda danışıqlar aparılıb.

Görüş zamanı cənab İlham Əliyev çıxış edərək bildirmişdir ki,“BAM-ın tikintisinin başlanmasının 50 illiyinə həsr olunmuş bugünkütədbirdə iştirakla bağlı dəvətinizə görə ayrıca təşəkkürümübildirirəm. Rusiya rəhbərliyinin, həmçinin ictimaiyyətinin HeydərƏliyevin xatirəsinə göstərdikləri ehtiramı Azərbaycanda yüksəkqiymətləndiririk. Qeyd etdiyiniz kimi Heydər Əlirza oğlu Əliyevvaxtilə Ümumittifaq tikintisi adlandırılan bu nəhəng layihəninhəyata keçirilməsində fəal iştirak edib və onun reallaşdırılmasınaöz töhfəsini verib. Ona görə bizim üçün əlbəttə ki, bu tədbirdəiştirak etmək çox xoşdur və böyük şərəfdir. Bu gün bu qloballayihənin həyata keçirilməsinə öz töhfəsini verən insanlarla dagörüşəcəyik”. Qeyd etmək lazımdır ki, dövrünün ən böyükinfrastruktur layihələrindən olan Baykal-Amur Magistralı dünyanınən uzun dəmir yolu xətlərindən biri olub və bu baxımdan BAM xəttini"Əsrin layihəsi" adlandırırdılar. BAM eyni zamanda SSRİ-ninirimiqyaslı iqtisadi layihəsi idi. BAM ölkənin şərq bölgələrinieffektiv inkişaf etdirmək, yeni sənaye zonaları yaratmaq, xaricitexnologiyalara sahib olmaq müasirləşmək, qarşılığında isə inkişafetmiş kapitalist ölkələrin təbii sərvətlər təchizatçısı kimiSSR-nin rolunun gücləndirilməsi kontekstində hazırlanmışdı.

Ölkə başçısı cənab İlham Əliyev çıxışı zamanı bildirmişdir ki,“Regional təhlükəsizlik məsələləri həmişə bizim görüşümüzüngündəliyindədir. Biz, həmçinin şadıq ki, onlar öz həllini tapır.Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizliküzrə əsas ölkədir. Ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlıfəaliyyətdən çox şey asılıdır. Biz qarşılıqlı fəaliyyət vəqarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın,qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərinnizamlanmasına çalışırıq”. Azərbaycan və Rusiyanın vahid ittifaqdayer alması ölkələrimiz arasında münasibətlərin özünəməxsusxarakterini formalaşdırır və regionda sülhün olmasına xidmət edir.Ölkə başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlərölkələrimiz arasında münasibətləri daha da yaxşılaşdırıb.Azərbaycan-Rusiya ölkə başçılarının siyasi iradəsinə uyğun olaraq,hazırda iki ölkə arasında münasibətlər yüksələn xətt üzrəinkişafdadır etməkdədir. Baykal-Amur Magistralının 50 illikyubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləriilə birgə görüş zamanı Ulu Öndər Heydər Əliyev keçmiş SSRİ-nin Başnazirinin birinci müavini vəzifəsində çalışdığı dönəmdə BAM-ıninşasına şəxsən nəzarət etməsi sayəsində nəhəng layihənin ərsəyəgəlməsində mühüm xidmətlərinin olmasından danışılması hər birazərbaycanlı üçün fəxarətdir. Ölkə başçısı cənab İlham Əliyevin 22aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti VladimirPutin ilə təkbətək eyni zamanda Baykal-Amur Magistralının 50 illikyubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləriilə birgə görüşü iki dövlət arasında qədim qonşuluq və dostluqmünasibətlərinin sağlam və səmimi olmasının bariz nümunəsidir.Dövrün ən böyük infrastruktur layihələrindən olan Baykal-AmurMagistralı tikintisinin sürətləndirilməsində yeni ideyaları iləölkəmiz adını Rusiya dostluq tarixinə qızıl hərflərlə yazdırıb vəbu gündə Ulu Öndər Heydər Əliyevin ideyalarını uğurla davam etdirəncənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişaf edir,regionda sülhün, sabitliyin, əməkdaşlığın və davamlı inkişafıntəmin olunması üçün ardıcıl səyləri uğurla həyata keçirir.

Milli Məclisin deputatı,

Rauf Əliyev

Seçilən
38
1
Mənbələr
Şərh ()
Bağla