AZ

Bolt Azərbaycanın daha iki şəhərində!

Aparıcı nəqliyyat platforması olan Bolt Azərbaycanın daha iki şəhərində – Şirvan və Yevlaxda gediş sifarişi xidmətinin istifadəyə verib.

Bu barədə Marja-ya Bolt-dan bildirilib.

“Nəqliyyat xidmətləri təqdim edən bir şirkət olaraq missiyamız Azərbaycanın mümkün qədər çox şəhərində təhlükəsiz, etibarlı və sərfəli gediş imkanları təqdim etməkdir. Ümid edirik ki, Bolt xidmətinin əhatə dairəsini genişləndirməklə şəhərlərimizin sakinləri üçün sərfəli və keyfiyyətli gedişlərin sayını artıracağıq”, - Bolt şirkətinin Azərbaycandakı gediş sifarişləri istiqamətinin rəhbəri Naim Əzizov şərh edir.

Bolt Azərbaycan
Seçilən
31
Mənbələr
Şərh ()
Bağla