AZ

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

Səməd

Bakı, 25 aprel, AZƏRTAC

Bu gün Türk dünyası üçün tarixi və vacib hadisə baş verir. Bir müddət öncə Prezident İlham Əliyevin Türkiyə Böyük Millət Məclisinin komitə sədri Fuat Oktayla görüşü zamanı səsləndirdiyi fikir artıq reallaşdı. Görüşdə Türk parlamentlərinin xarici əlaqələr komitələrinin bir araya gəlməsinin vacibliyindən danışılıb. Bu gün Türk dünyası böyük bir fenomenə çevrilib. Biz bu prosesin inkişaf etdirilməsində müstəsna rol oynayırıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri aprelin 25-də Bakıda keçirilən Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin birinci iclasından sonra təşkil olunan mətbuat konfransında Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov səsləndirib.

O, bu gün türk dövlətlərinin dövlət başçılarının bir arada olduğunu vurğulayıb. Komitə sədri türk dövlətləri ailəsinin inkişafı istiqamətində işin davam etdirilməsinin vacib olduğunu deyib.

Seçilən
17
48
Mənbələr
Şərh ()
Bağla