AZ

PFL-in rəhbərləri işə çıxmır, ancaq yaxşıdırlar

Dekabrın 16-sı Xankəndi şəhərinə yollanarkən ağır yol qəzasına düşən Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədovla vitse-prezident Aslan Şahgəldiyevin sağlıq durumu qaydasına düşməkdədi.

PFL-in media və marketinq direktoru Sənan Abdullayev “Futbol+”in bununla bağlı sualını belə cavabladı:
“Həm Elxan bəydə, həm də Aslan bəydə tibbi vəziyyət müsbətə doğru gedir. Aslan bəy işə çıxmır, sadəcə, bir dəfə gələ bildi, ondan sonra prosedur davamlı həyata keçirlir deyə, yenidən işə gələ bilmir. Bərpa prosesi müsbət yöndə gedir. Elxan bəy hələ ki gəzə bilmir, amma onunla bağlı də hər şey müsbətə doğru gedir. Həkimlərin apardıqı proseslər plana uyğundu. Ümid edirik ki, hər şey daha yaxşı olacaq”.


ELMİN
Seçilən
24
Mənbələr
Şərh ()
Bağla