AZ

Bolivar Alyansı ölkələri çoxqütblü dünyanı müdafiə edir - Maduro

Amerika Xalqların Bolivar Alyansının (ALBA) ölkələri bir hissəsi olduqları yeni çoxqütblü dünyanı müdafiə edirlər.

Herbiand.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri Venesuaela prezidenti Nikolas Maduro bildirib.

Maduro Karakasda keçirilən 23-cü ALBA sammitinin açılışında: “Bu gün geosiyasətdə böyük dəyişikliklər baş verir, yeni beynəlxalq nizam yaranır və ALBA artıq yeni dünya ilə bağlıdır”, - deyə əlavə edib.

Venesuela prezidenti ALBA-nın yeni dünyanın, yeni beynəlxalq çoxqütblü nizamın qurucuları sırasında ola biləcəyini də istisna etməyib.

Elnurə İSAXAN

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla