AZ

Bakıda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər ələ keçib

Bakı. Trend:

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Şöbəsinin (PŞ)əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanınarkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1985-ci iltəvəllüdlü Anar Məcidov saxlanılıb.

Trend xəbər verir ki, bubarədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onun üzərindən və evindən beş kiloqramdan artıqmarixuana aşkarlanıb. A.Məcidov ifadəsində bir müddət əvvəl bağsahəsində çətənə bitkiləri əkdiyini və onlara xüsusi qulluq edərəkşəxsi istifadəsi ilə yanaşı satmaq üçün yetişdirdiyinibildirib.

Qeyd edək ki, A.Məcidov əvvəllər də narkotik tərkibli bitkilərinkultivasiyası ilə məşğul olduğu üçün məhkum edilib.

Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları tərəfindən keçiriləndigər tədbir zamanı Maştağa qəsəbəsində yerləşən qızıldükanlarından birindən soyğunçuluq edərək 1000 manat dəyərində üzükvə sırğanı talayaraq ələ keçirən əvvəllər məhkum olunmuş FərhadHacıyev də saxlanılıb. O, ifadəsində yaşadığı Qaradağ rayonu Sahilqəsəbəsindən Maştağaya soyğunçuluq məqsədilə gəldiyinibildirib.

Hər iki faktla bağlı PŞ-də araşdırmalar davam etdirilir.A.Məcidov və F.Hacıyevin qanunsuz əməllərindən zərərçəkən digərvətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

Seçilən
27
12
Mənbələr
Şərh ()
Bağla