AZ

“Müharibə başlayandan 75 fransız muzdlu Ukrayna ordusunda döyüşüb” - Keçmiş fransalı zabit

Rusiya-Ukrayna müharibəsi başlayandan bu yana Ukrayna ordusuna qoşulan 75 fransız muzdlu öldürülüb, yaralanıb və ya ölkəsinə qayıdıb.

Herbiand.az xəbər verir ki, bu məlumatı hazırda Kiyev tərəfində hərbi əməliyyatlarda iştirak etmiş fransızlar haqqında məlumat tapmaq üzərində işləyən Fransanın antiterror kəşfiyyatının keçmiş zabiti Nikola Çinkuini verib.

“Ölənlər, yaralananlar və geri qayıdanlar da daxil olmaqla, bu gün dərc etdiyim siyahıya dəqiq və ya təxəllüslə tanınan 75 nəfər daxildir. Bu isə artıq bizə çox şey deyə bilər”, - Çinkuini deyib.

Keçmiş zabit qeyd edib ki, siyahıya Fransa rəsmilərinin “könüllülər” adlandırdığı iki nəfər də daxildir. Onlar humanitar işçilər və İsveçrə qeyri-hökumət təşkilatının işçiləri kimi təqdim ediliblər: “Lakin onlar dövlət agenti olublar və mövcudluqları fevralın 1-də vəfat etdikdən sonra məlum olub”.

Keçmiş kəşfiyyatçı Kiyev tərəfində döyüşlərdə iştirak edən digər muzdlular haqqında da məlumatların olduğunu bildirib. Çinkuininin sözlərinə görə, hələlik onlar haqqında dərc olunmaq üçün kifayət qədər məlumat yoxdur.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
46
3
Mənbələr
Şərh ()
Bağla