AZ

Azərbaycandan qaz almaq məsələsini müzakirə edə bilərik - Alen Simonyan

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Ermənistan Azərbaycandan qaz almaq məsələsini müzakirə etməyə hazırdır. Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. 
 
"Ermənistanın Azərbaycandan birbaşa qaz almasına pozitiv baxıram. Bizə bu məsələni müzakirə etmək lazımdır. Bizim indi Rusiyadan aldığımız qaz da faktiki Azərbaycan qazıdır!, o bildirib.
 
Bir gün öncə Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Ermənistanla sülh imzalansa onların Azərbaycandan qaz almaq potensialı yarana bilər. 
 
"Elektrik kabelləridən biri Ermənistanla gedə bilər. Bu potensial olaraq qaz kəməri də ola bilər. Naxçıvanı qazla təmin etmək üçün İranla razəlaşmamız var və İrandan Naxçıvana qaz alırıq. Hazırda xərcini ödədiyimiz başqa bir xətt də çəkirik. Türkiyədən Naxçıvana. Bu Azərbaycan qazı olacaq. Amma bu sağ əllə sol qulağı tutmaq kimidir. Xətt əgər Ermənistanla getsə hamıya əlverişli olar. Xərci də az olar. Ermənistan da potensial olaraq Azərbaycan qazının alıcısı ola bilər. Amma öncə iki ölkı arasında sülh sazişi imzalanmalıdır", - Əliyev "COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda bildirib. 
 
Gülnar 

 


www.anews.az
Seçilən
1
13
Mənbələr
Şərh ()
Bağla