AZ

“Corc Vaşinqton” gəmisi Yaponiyadakı bazada “Ronald Reyqan”ı əvəz edəcək

ABŞ-ın “Corc Vaşinqton” təyyarədaşıyan gəmisi Yaponiyanın Kanaqava prefekturasındakı Yokosuka bazasında daimi yerləşmiş digər gəmisi “Ronald Reyqan”-ı əvəz edəcək. Proses 2024-cü ilin sonuna qədər olacaq.

Herbiand.az xəbər verir ki, bu barədə Kyodo agentliyi bildirib.

Gəmi bu həftə ABŞ-ın şərq sahilindəki Hempton-Rouds-dan ayrılacaq. O, Cənubi Amerikanı dövrə vuraraq Kaliforniya ştatının San Dieqo şəhərinə gedəcək. Daha sonra Yaponiyaya yön alacaq.

“Corc Vaşinqton” 2008-2015-ci illərdə Yaponiyada yerləşib. O, Yokosukada daimi yerləşmiş ilk Amerika nüvə mühərrikli təyyarə gəmisi olub. Daha sonra əsaslı təmir və modernləşdirmə üçün ABŞ-a göndərilib.

“Corc Vaşinqton” F-35C beşinci nəsil döyüş təyyarəsini daşımaq üçün modernləşdirilən və “Nimitz” sinfindən olan ikinci təyyarə gəmisi oldu.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla