AZ

“Təbiətə valeh olanlar” layihəsi davam edir

Xəbər verdiyimiz kimi, Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili”” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə əlaqədar “Təbiətə valeh olanlar” layihəsi həyata keçirilir.

Layihə çərçivəsində şairlər, yazıçılar, publisistlər, jurnalistlər şeirlər, poemalar, oçerklər, esselər təqdime dirlər. Kitabxananın Fəxri oxucusu, şair, yazıçı Gülnur Aslan layihə çərçivəsində kitabxanaya üç şeir təqdim edib.

“Kainatın övladı” şeiri müəllifin insanların mövcud olduğu və inkişaf etdiyi dünyaya baxışını əks etdirir. Şeirdə deyildiyi kimi: Yer kürəsi Kainatın övladıdır, insanlar onu qorumalı və “yaşıl bağçaya” çevirməlidir. İnsan “Yer övladı” olaraq bu ecazkar və möcüzəli dünyaya qarşı qayğı göstərməli, həssas yanaşmalıdır.

“Sevimli Azərbaycanıma” şeirI Vətənin yer üzünün heç bir yeri ilə müqayisə olunmayan gözəlliyini tərənnüm edir. Həqiqətən insane doğulduğu torpağın, təbiətin gözəlliyi ilə xoşbəxt olur. Hər bir insane yaşadığı yeri qorumalı,onun çiçəklənməsinə çalışmalıdır.

“Parlaq ölkəm” şeirində Azərbaycanın hər zaman gözəl olduğu vəsf edilir. Onun qaranlıqda belə işıqlı və gözəl olduğu diqqətə çatdırılır. Odlar yurdu xoşbəxt günlərdə insanları günəşin qızılı şüaları ilə isidir, qaranlıq şərq gecələrini ulduzların parıltıları ilə işıqlandırır. Ölkəmiz qışda da, yayda da gözəldir, çünkü burada Zəfər bayrağı altında dostsevər, müdrik və xoşbəxt insanlar mehriban yaşayır.

ГЮЛЬНУР АСЛАН

ДИТЯ ВСЕЛЕННОЙ
Умывшись в солнечных лучах,
Земля свой день начнёт и отразится
В Венеры голубых очах,
И в сад цветущий превратится.
И обернувшись покрывалом,
Что млечный путь ей преподнёс,
Земля секрет в себе скрывала,
Ответы на любой вопрос.
На шее талисман светится
Из камня лунного всегда.
Здесь чудо главное хранится,
Растится долгие года.
То человек – дитя Вселенной,
То человек – дитя Земли.
И ночь приходит дню на смену,
Лишь чтобы люди здесь росли,
И тихо небо замирает,
И сфер всех музыка звучит.
Здесь чудо мира вырастает
И сердце чудное стучит.
Земля сама – дитя Вселенной,
Живёт в небесной красоте.
О Боже, пусть добро нетленно
Пребудет всюду и везде!

ЛЮБИМОМУ АЗЕРБАЙДЖАНУ
Азербайджан, в тебя я влюблена!
Моя любовь к тебе нетленна.
Мир безграничен – Родина одна,
И для меня она равна Вселенной.

Мой милый край, с тобою я всегда,
Мой милый мир, ты так великолепен!
Твои прекрасны горы, города,
И завораживают степи.

В моей душе и в сердце ты живёшь,
Люблю твои закаты и рассветы,
Люблю, когда нам птицами поёшь,
Приветствуя весну и лето.

Люблю, когда ласкаешь берега
И бирюзу мешаешь с жемчугами,
И локоны потреплешь ты слегка,
И разольёшся нежными строками.

И помнить будет каждый, кто пришёл,
Твои брега, равнины, горы.
Пусть с каждым в мир пришедшим малышом
Цветут всё больше милые просторы.

PARLAQ ÖLKƏM
Açılır səhəri Xəzərin –
Mənim ölkəmin göy gözlərin.
Günəş başın qaldırır,
Gündüzü canlandırır,
Vətənimi işıqlandırır.

Ulduzlar göydə oyananda
Gözəl Vətənimin qoynunda
Çıraqlar alışırlar,
Parıldayan işıqlar
Göydə şölələr ilə danışırlar.

Vətən, sənin özünə,
Gecənə, gündüzünə
Əbədi bağlıdır mənim ürəyim.
Qışından, baharından,
Dumanlı dağlarından
Aldığım ilham olubdur dirəyim.

Nə gözəldir elim, obam,
Qüdrətli xalqım – mehriban.
Sanki nur saçan çıraq,
Gələcəyimiz parlaq
Ucalır dünyada enilməz bayraq.

İsmin ilə bağlı olub nicatım.
Qəlbimdə heykəlin ucaltdım.
Ətirli çiçəkləri,
Sehirli nəğmələri
Gülüşlərində tapdım körpələrin.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla