AZ

Ölkədə ərzaq məhsullarının qiyməti stabilləşib

Bakı. Trend:

Azərbaycanda ərzaq məhsullarının qiyməti mart ayındastabilləşib.

Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD)məlumat verilib.

Mərkəzin keçirdiyi monitorinqə əsasən, 2024-cü ilin mart ayındaistehlak bazarında ən yüksək qiymət artımları qeyri-ərzaqməhsullarında qeydə alınıb. Ərzaq məhsullarının qiyməti mart ayındastabilləşib. Bu, idxal inflyasiyasının nisbətən səngiməsi və ərzaqməhsullarına tələbin optimallaşması ilə bağlıdır. İllik inflyasiya4.6 faiz olub.

Qeyd edək ki, ümumilikdə ölkə üzrə 2024-cü ilin mart ayındaistehlak qiymətləri indeksi 2023-cü ilin mart ayına nisbətən 100,4faiz təşkil edib. 2024-cü ilin mart ayında istehlak qiymətləriindeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-mart aylarında isəəvvəlki ilin müvafiq dövrünə nisbətən 101,0 faiz təşkil edib. Eynizamanda 2024-сü ilin yanvar-mart aylarında tikinti materiallarınınistehsalın ümumi dəyəri 274,6 milyon manat olmaqla, əvvəlki ilinmüvafiq dövrü ilə müqayisədə 34,4 faiz artıb.

Seçilən
30
1
Mənbələr
Şərh ()
Bağla