AZ

Ölkəmizdə xarici taksi şirkətlərinin fəaliyyəti dayandırılır? – MÜHÜM AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda “Uklon” taksi şirkəti fəaliyyətini dayandırıb.

Maraqlıdır, görəsən, digər şirkətlər də fəaliyyətini dayandıra bilərmi?

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov mövzu ilə bağlı Bizim.Media-ya danışıb.

O, məsələni belə izah edib:

“Uklon” səhv etmirəmsə, Ukrayna şirkəti idi. Bu şirkətin aktivləri, hesab prosedurları sırf daşımanın mahiyyətinə və daşımaya uyğun olan xidmətlərin göstərilməsinə hesablanıb. Ola bilsin ki, şirkət yeniləmələr edə bilməyib, avtomobillərin tələblərə uyğun işini qura bilməyib, yaxud da maliyyə çətinliyi yaşayıb və bağlanıb. Bu o demək deyil ki, digər şirkətlər də bağlanacaq, sıxıntılar çəkəcək.

Bunlar hər bir şirkətin daxili nizamnamə və kapital bölgüsündən asılı olaraq baş verən hadisələrdir. Qiymət artımına qaldıqda isə bu mövzu həmişə olub və gələcəkdə də olacaq. Sui-istifadə halları ola bilər. Bu kimi dezinformasiyaları yaymağa öz qazanc və mənfəətlərini bərabər, nizamlı tutmağa çalışacaqlar. Bu da yaxşı hal deyil”.

Məhərrəm Əliyev, Bizim.Media

 

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla