AZ

“Wizz Air” şirkəti Azərbaycana uçuşlarını artıra bilər

“Macarıstanın “Wizz Air” şirkətinin Azərbaycana uçuşlarının artırılması üçün imkanlar var”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda keçirilən Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclasında deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanla Macarıstan arasında həftədə üç dəfə uçuşlar həyata keçirir.

Nazir müavini bildirib ki, Azərbaycan son 20 ildə nəqliyyat infrastrukturuna əsaslı investisiyalar yatırıb:

“Macarıstan şirkətlərini nəqliyyat sahəsində əməkdaşlığa çağırırıq”.

Seçilən
15
1
Mənbələr
Şərh ()
Bağla