AZ

"Azarkeşlərin boykotu “Neftçi”nin xeyirinə olmayacaq" - Yuri Matias

style='margin-bottom:10px;'>

“Qarabağ”a qarşı oynamaq həmişə çətin olur. Hamı bilir ki, çox yaxşı komandadır. Oyunçuları keyfiyyətlidir, hər oyun bunu göstərirlər. Azarkeşlərimizdən üzr istəyirəm. Onlar bizdən hər oyun qələbə gözləyirlər, əsasən də derbi oyunlarında. Ancaq biz onları sevindirə bilmirik. Düşünürəm ki, biz oyunçular əlimizdən gələni etdik, amma bu, qələbə qazanmağa kifayət etmədi”. 

QOL.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Yuri Matias Azərbaycan kubokunun yarımfinalında "Qarabağ"a 1:4 hesabı ilə (ilk matç 0:4) uduzaraq mübarizəni dayandırdıqları cavab görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.

O, “Qarabağ”ın “Neftçi”yə qarşı əsas heyətlə oynadığını söyləyib: “Əlbəttə, bu onun göstəricisidir ki, onlar “Neftçi”yə hörmətlə yanaşırlar. “Neftçi” böyük, tarixi klubdur. Düşünürəm ki, buna görə “Neftçi”yə hörmətlə yanaşıb əsas heyətlə oynayırlar. Düzü, bu, məni təəccübləndirmədi. Mən gözləyirdim ki, onlar əsas 11-liklə oynayacaqlar. Derbi oyununda yenidən məğlub olmaq üzücüdür. Azarkeşlər də çox üzülürlər ki, onların istəklərini yerinə yetirə bilmirik”. 

“Neftçi"nin əvvəlki kimi uğurlu çıxış etməsi üçün nə lazımdır” sualına braziliyalı belə cavab verib: “Əvvəllər çalışırdım ki, hər çempionatın öndə gedən komandalarını izləyim. Ona görə Azərbaycanda oynamadığım dövrdə belə “Neftçi”ni hər zaman qazanan və uğurlu klub kimi görmüşəm. Artıq bir ilə yaxındır burdayam. O adam deyiləm ki, deyim, nəyi dəyişmək lazımdır, nə çatışmır. Çünki vəziyyəti tam dərk etmək üçüb daha uzun müddət lazımdır".

O, oyunda aldığı zədəsi haqda da söz açıb: “Höccət mənim ayağımın üstünə çıxdı, ona görə ayağım burxuldu. Bundan sonra hiss elədim ki, ağrı var. Bazar günü də bizim vacib oyunum gözləyir. Düşündüm ki, əvəz olunmağım daha uyğun olar”. 

Y.Matias “Neftçi” və “Qarabağ” klublarının fərqindən danışıb: “Deyərdim ki, “Neftçi”də sabitlik çatışmır. Məncə, sabit oynasaq, nəticələrimiz, oyunumuz daha yaxşı olar. “Qarabağ”ın oyunu haqda danışsaq, hamı razılaşar ki, o, illərin komandasıdır. Avropada böyük rəqiblərə qarşı oynayırlar, təcrübə yığırlar. Düşünürəm ki, bizdə stabillik olsa, biz də o nəticəni qazana bilərik”. 

Matias Rumıniya mətbuata verdiyi müsahibənin Azərbaycanda yayılmasından da danışıb və fikrinin düz başa düşülmədiyini söyləyib: “Son bir aydır mənim adım Rumıniya mətbuatında, “ÇFR Kluj”la və digər klublarla çox hallanır. Bu, normaldır. Çünki mən o klubun uğurlu oyunçularından olmuşam. Orda məni tanıyır, xatırlayırlar, çünki çempion olmuşam, yaxşı uğurlar qazanmışam. Ona görə onların məni xatırlamaları normaldır. Amma mənə sual verilmişdir ki, “ÇFR Kluj”a qayıradımmı? Mən da cavab verdim ki, əlbəttə, qayıdardım, çünki orda məni yaxşı qarşılayıblar, yaxşı günlər keçirmişəm. Ona görə də dedim ki, mən qapıımı həmişə açıq saxlayıram. Amma eyni şey “Neftçi”yə də aiddir. Haçansa “Neftçi”dən çıxıb getsəm, mənə eyni sualı versələr, mən eyni cavabı verərəm ki, əlbəttə, imkanım olsa qayıdaram”. 

29 yaşlı müdafiəçi “Neftçi” azarkeşlərinin komandanın oyunlarını stadionda boykot etmələri haqda da danışıb: “Sevindirici haldır ki, bura gəldiyim ilk günlərdən “Neftçi” azarkeşləri məni yaxşı qarşıladılar. Onların dəstəklərinə doğrudan da, ehtiyacımız var. Çünki onlar həmişə bizim 12-ci oyunçumuz olublar. Çalışmışam həmişə səmimi olum, bu suala da səmimi cavab verəcəm. Elədikləri boykot, düşünürəm ki, “Neftçi”nin xeyrinə olmayacaq. Azarkeş həmişə kluba kömək, dəstək olmalıdır. Klubun adı həmişə oyunçulardan üstündür. Ona görə onlar klubu dəstəkləməyə davam etməlidirlər. Əlbəttə, onlarsız oyunlarımız çətin gedir. Biz fanat üçün darıxmışıq. Düşünürəm ki, onlar da bizi stadionlarda dəstəkləmək üçün darıxıblar. Qarşıdaki oyunlarımız vacibdir. Ümid edirəm ki, azarkeş gəlib bizi stadionda dəstəkləyəcəklər”. 

Y. Matias “Neftçi”nin Azərbaycan çempionatını turnir cədvəlində ikinci yerdə bitirməsinin mümkün olduğunu qeyd edib: “Hazırda birinci yer artıq bəllidir. Ona görə məqsədimiz mövsümü yalnız ikinci yerdə bitirməkdir. İkinci yer bizim üçün uğur sayılar. Buna nail olmağımız da mümkündür. Hər şey öz əlimizdədir. Oynayacağımız rəqiblər də bizimlə mübarizə aparırlar. Həmin oyunlarda qələbə qazansaq, yarışı ikinci yerdə bitirmiş olarıq”.

Cavad Musayev

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla