AZ

Qadın keçmiş ərindən belə qisas aldı

Rusiyanın Samara şəhərində yerli sakin keçmiş ərinin avtomobilini yandırmaqda şübhəli bilinir.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Müəlliflər küçəsində baş verib. Hadisə yerinə baxış keçirən polis “Lada Priora” markalı avtomobilin qəsdən yandırıldığını müəyyən edib. Avtomobil sahibi bildirib ki, həmin gün keçmiş həyat yoldaşı ilə mübahisə edib, sonra yatıb. Yanğınsöndürənlər avtomobili söndürərkən tanışı onu yuxudan oyadıb.

Həmin gün hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi saxlayıblar - qadın cinayətdə iştirakını təsdiqləyib. O bildirib ki, keçmiş əri ilə telefonda münaqişədən sonra rəfiqəsini kişidən qisas almağa razı salıb. Onlar birlikdə yanacaqdoldurma məntəqəsinə gedərək, bir qutu benzin alıblar. Daha sonra avtomobili yandırıb və evə qayıdıblar.

Evdə isə spirtli içki içiblər. Qadının sözlərinə görə, bu hərəkətləri ilə o, keçmiş ərindən qisas almaq istəyib. Xuliqanlıq məqsədi ilə başqasının əmlakına zərər vurma işi üzrə ikinci təqsirləndirilən şəxs saxlanılıb.

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla