AZ

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

Müasir

Bakı, 25 aprel AZƏRTAC

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır. Ədalətin bərpası və hüquqların təmin olunması iqtisadiyyatın və ümumilikdə cəmiyyətin inkişafına xidmət edir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Arbitraj Assosiasiyasının sədri hüquq professoru Kəmalə Mehdiyeva deyib. O bildirib ki, Azərbaycanda da iqtisadi proseslərin sürətlənməsi, inkişafı, yeni iqtisadi subyektlərin yaranması arbitraj haqq qanuna böyük ehtiyac yaratmışdı. 2023-cü ilin dekabrın 26-da Milli Məclis Azərbaycan Arbitraj Assosiasiyasının yaxından iştirakı ilə hazırlanan “Arbitraj haqqında” Azərbaycan Respublikasının qanununu qəbul etdi. Azərbaycan Respublikasının Prezidenti 25 yanvar 2024-cü ildə bu qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Fərman imzaladı. “Arbitraj haqqında” qanun Azərbaycanda sahibkarlığın və özəl sektorun inkişafına, dövlət ilə biznes strukturlarının qarşılıqlı münasibətlərinə aydınlıq gətirməklə yanaşı, həm də cəmiyyətdə ədalətin əsas prinsip olmasını təmin edəcək.

K.Mehdiyeva bildirib ki, Azərbaycan Arbitraj Günü ilə əlaqədar keçirilən tədbirdə 200-dən çox xarici qonaq, hüquq ekspertləri, yerli məhkəmələrin sədrləri və əməkdaşları iştirak edirlər. Tədbirdə Azərbaycanın rayon məhkəmələrinin hakimləri ilə beynəlxalq səviyyəli hüquqşünaslar görüş keçirərək müxtəlif hüquq məsələləri müzakirə edəcək, təcrübə mübadiləsi aparacaqlar ki, bu da olduqca əhəmiyyətlidir.

O deyib ki, 2 gün davam edəcək tədbirin keçirilməsinə Azərbaycan Respublikasının Ali Məhkəməsi böyük dəstək verir. Tədbirin panel iclaslarında 400-dən artıq məruzə dinləniləcək. Bu məruzələrdə əsasən qlobal xarakter daşıyan hüquqi problemlər və onların həlli yolları barəsində fikir və mülahizələr irəli sürüləcək, təkliflər veriləcək və müzakirələr aparılacaq.

 

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla