AZ

İrəvanda hakimiyyətə qarşı etirazlar PİK HƏDDƏ: Aksiyada kimin əli var?

“Hesab edirəm ki, İrəvanda başlayan etirazlar müxalifətin hakimiyyətə qarşı olan ən pik etirazlarıdır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında “Turan” İnformasiya Agentliyinin direktoru, politoloq Mehman Əliyev deyib.

Müsahibimiz ötən gecədən İrəvanda başlayan etiraz aksiyalarının səbəblərini şərh edib.

Onun sözlərinə görə, burada səbəb kimi 24 aprel hadisələri götürülüb ki, bu da ermənilərin ən qıcıqlandığı məfhumdur.

“Görünən odur ki, aksiyalar mütəşəkkil formada təşkil olunub. Fikrimcə, burada təkcə müxalifətin əli yoxdur, əksinə, bu, ümumerməni məsələsidir. Hətta bununla bağlı paralel işlər də əvvəlcədən gedirdi”, – deyə o bildirib.

Siyasi təhlilçinin fikrincə, aksiyalar bundan sonra səngiyəcək:

“Növbəti mərhələdə də izdihamlı nümayiş, etiraz aksiyaları, yaxud hakimiyyətin devrilməsi üçün ciddi tədbirlərin aparılacağını görmürəm. Əslində, beynəlxalq cəmiyyət də bunu qəbul etmir. Onlar sual edirlər ki, ermənilər bu aksiyaları kimə ünvanlanmağa çalışır?

Məsələnin digər tərəfi isə budur ki, MDB və regional şəkildə onları dəstəkləyən yoxdur. Ona görə də ciddi proseslərin gedəcəyini hesab etmirəm. Çünki Paşinyana Qərbdən ciddi dəstək var və aksiyanı təşkil edənlərin şansı yoxdur”.

Rafi Müslümov

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla