AZ

Mehmet Akyoldan MARAQLI AÇIQLAMA: "Özəlləşdirilmiş sistemləri var”

Türkiyənin hava hücumundan müdafiə sistemləri ilə bağlı məlumat paylaşan ASELSAN  şirkətinin direktoru Mehmet Akyol diqqət çəkən məqamlara toxunub.

RTV “CNN türk”-ə istinadən xəbər verir ki, İsrailin hava hücumundan müdafiə sistemi “Dəmir Qübbə” ilə bağlı sualara da toxunan Mehmet Akyol “İstehsal etmək qədər, satmaq da vacibdir” deyə fikir bildirib.

ASELSAN-nın rəhbəri “Gök Kubbe” hava hücumundan müdafiə sistemi haqqında danışaraq, “Hava hücumundan müdafiə sahəsində radarlar, komanda qərargah sistemləri, xəbərləşmə mexanizmləri və rabitə naviqasiya sistemləri, buraxıcı platformalar kimi bir çox böyük sistem birlikdə fəaliyyət göstərə bilir” deyə açıqlama verib.

Ən aşağı hündürlükdən ən uzaq məsafəyə qədər  bütün diapazonlarda döyüş tapşırığını icra edə bilən "Gök Kubbe" haqqında danışan Akyol “ASELSAN-nın hər bir qoşun növü üçün özəlləşdirilmiş sistemləri var” deyə sözlərinə əlavə edib.


Seçilən
41
Mənbələr
Şərh ()
Bağla