AZ

"Bu, Rusiya üçün təhlükədir" - Rəsmi Moskvadan Polşaya SƏRT MESAJ

“NATO-nun Polşadakı nüvə obyektləri Rusiya üçün qanuni hədəfə çevriləcək”.

 

Sfera.az bildirir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

 

O, bu barədə "TASS”a müsahibəsində danışıb.

 

“NATO-nun birgə nüvə missiyalarının praktikasının genişləndirilməsi sırf sabitliyi pozan xarakter daşıyır. Bu istiqamətdə dəyişikliklər Polşanın təhlükəsizliyini artırmayacaq və müvafiq obyektlər mütləq qanuni hədəfə çevriləcək. Onlar bizim hərbi planlaşdırmamızda ön planda olacaqlar”, - Sergey Ryabkov bildirib.

 

O qeyd edib ki, alyansın nüvə qüvvələrinin Rusiya sərhədlərinə yaxınlaşması təhlükəlidir:

 

“Ona görə də Moskva Polşada onun üçün təhlükəli obyektlərin yerləşdirilməsi mövzusunun necə inkişaf etdiyini diqqətlə izləyir”.

 

Bundan əvvəl Polşa rəhbəri Anjey Duda ölkəsinin ABŞ-nin nüvə silahlarına ev sahibliyi etməyə hazır olduğunu bildirmişdi. Onun sözlərinə görə, bu məsələ amerikalı həmkarları ilə dəfələrlə müzakirə olunub. Bunun üçün o, Nüvə Paylaşımı sistemindən istifadə etməyi təklif edib.

 

Kremlin sözçüsü Dmitri Peskov isə bildirib ki, Rusiya bu mövzunu diqqətdən kənarda qoymayacaq.

 

Günay

Seçilən
86
50
Mənbələr
Şərh ()
Bağla