AZ

Baş Prokurorluq mətbuata müraciət etdi: Dəqiqləşdirilməmiş informasiyalar yaymayın

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Media subyektlərinin və sosial şəbəkə istifadəçilərinin qanunvericiliyin tələblərinə uyğun olmayan və diqəqləşdirilməyən informasiyaları yayması qadağandır. Bu barədə Baş Prokurorluq bir gün öncə özünü öldürən sabiq uşaq həkimi Nəsib Quliyev haqqında yayılan məlumatlara cavab olaraq bildirilib. 
 
"Nəsib Quliyevin aprelin 24-də  yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatırma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Baş vermiş hadisə ilə əlaqədar bəzi sosial media səhifələri (istifadəçiləri) və xəbər portalları tərəfindən rəsmi qurumla dəqiqləşdirmə aparılmadan, istintaq sirrinə dair tələblər pozularaq cinayət işi üzrə hadisənin motivi, baş vermə səbəbi və mexanizmi, zərərçəkmiş şəxs barədə şəxsi və ailə sirrini təşkil edən məlumatlar, o cümlədən  yayılması qanunvericiliklə yolverilməz hesab olunan və qadağan edilmiş digər informasiyalar ictimailəşdirilib. Qeyd edilən hallar jurnalist etikasının pozulmasına səbəb olmaqla yanaşı, qanunvericiliklə nəzərdə tutulan qaydada inzibati və cinayət məsuliyyətinə səbəb olur", - məlumatda deyilir.

Cinayət Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, ibtidai araşdırma məlumatları jurnalistlər tərəfindən yalnız müvafiq olaraq müstəntiqin, təhqiqatçının, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi ilə ibtidai araşdırmanın maraqlarına zidd olmayan və cinayət prosesinin digər iştirakçılarının hüquq və qanuni mənafelərini pozmayan həddə yayıla bilər.


BaŞ Prokurorluq media subyektləri və sosial şəbəkə istifadəçilərindən qeyd olunan məsələyə həssaslıq nümayiş etdirməklə qanunvericiliyin tələblərinə riayət etməyi, dəqiqləşdirilməmiş və təhrif olunmuş məlumatların ictimailəşdirilməsindən çəkinməyi xahiş edir. 

www.anews.az
Seçilən
2
40
Mənbələr
Şərh ()
Bağla