AZ

Qazaxın dörd kəndinin diplomatik yolla qaytarılmasını alqışlayırıq - Fuat Oktay

Bakı. Trend:

Ermənistan tərəfindən uzun vaxtdır işğal altında tutulan Qazaxındörd kəndinin diplomatik yolla qaytarılmasını alqışlayır və təbrikedirik.

Trend xəbər verirki, bu barədə Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələrkomitəsinin sədri Fuat Oktay Türk Dövlətləri ParlamentlərininXarici Əlaqələr Komitələri Sədrlərinin Bakı iclasında deyib.

O qeyd edib ki, bununla bərabər Zəngəzur dəhlizinin də qısazaman ərzində açılması bizim üçün vacib və əhəmiyyətlidir.

"Bu xəttin açılnması ilə Türkiyə tarixi Türk coğrafiyasınabağlayacaq. Bu da Türk dünyasının daha da güclənməsi və inkişafınaşərait yaradacaq. Bu dəhlizin açılması eyni zamanda, Ermənistanüçün də son dərəcə vacibdir. Bununla da bölgədə sülhün əldəolunması təmin oluna bilər”,- deyə o əlavə edib.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinindelimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrəKomissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə razılığa gəlinibki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhədxəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onunsüqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmışrespublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - BağanısAyrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) –Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayışməntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Məqalədə:
Seçilən
21
Mənbələr
Şərh ()
Bağla