AZ

Azərbaycan cüdoçuları mübarizəyə başlayır

Bu gün Xorvatiyanın Zaqreb şəhərində böyüklər arasında cüdo üzrə Avropa çempionatı start götürür.

Futbolpress.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 7 cüdosusu mübarizəyə başlayacaq.

Qadınlar arasında -48 kq. çəkidə Leyla Əliyeva, -52 kq. çəkidə Gültac Məmmədəliyeva və Aydan Vəliyeva, -57 kq. çəkidə Acelya Toprak güclərini sınayacaq.

Kişilər arasında -60 kq. çəkidə Balabəy Ağayev və Turan Bayramov, -66 kq. çəkidə Yaşar Nəcəfov tatamiyə çıxacaq.
Seçilən
48
Mənbələr
Şərh ()
Bağla