AZ

London klubunu tərk edəcək

Tyaqo Silva mövsümün sonunda “Çelsi”ni tərk edəcək.

Bu məlumatı “The Standard” nəşri yayıb. 39 yaşlı müdafiəçinin London klubu ilə müqaviləsinin müddəti 2024-cü ilin yayında sona çatacaq. Artıq braziliyalı futbolçunun klubdan ayrılmaqla bağlı qərar verdiyi bildirilib. Onunla sabiq klubu “Fluminense” maraqlanır.

Qeyd edək ki, Tyaqo Silva bu mövsüm bütün turnirlərdə “Çelsi”nin heyətində 32 matçda iştirak edib və 4 qol vurub.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla