AZ

Fransada məşhur içməli su şirkətinin məhsullarında nəcis bakteriyası aşkar edilib

Fransada “Nestlé Waters” su quyusunun nəcis bakteriyaları ilə çirklənməsi səbəbindən iki milyon şüşə “Perrier” mineral suyunu məhv edib.

Bu barədə şirkət bəyanat yayıb.

Bildirilir ki, mineral su partiyası ehtiyat tədbiri olaraq məhv edilib.

Bundan əvvəl Fransanın Verjez şəhərində şirkətin ərazisindəki suyun bağırsaq çöpü və sineqnoy çöpü ilə bakterial çirklənməsi aşkar edilib. Şəhər rəhbərliyi “Nestle”dən quyunun istismarını dərhal dayandırmağı tələb edib.

Şirkətin məlumatına görə, suyun çirklənməsi mart ayında “Monika” qasırğası zamanı güclü yağışlar nəticəsində baş verib.

Qeyd edək ki, 2024-cü ilin fevralında “Foodwatch” İstehlakçıların hüquqlarının müdafiəsi üzrə Avropa Assosiasiyası “Nestle”ni məhkəməyə verib. Assosiasiya bildirib ki, istehsalçı Fransadakı fabriklərdə “Vittel” və “Perrier” markaları üçün suyun qadağan olunmuş təmizlənmə üsullarından istifadə edir.

Belə ki, “Nestle”nin Fransa bölməsi çirklənmiş suyu ultrabənövşəyi işıq və kömür filtrlərindən istifadə edərək təmizləyib. Bu cür təmizləmə üsulları kran suyunun saflığını təmin etmək üçün kifayət hesab olunur, lakin Avropa İttifaqında şüşə mineral suyun istehsalı üçün istifadə edilmir.

Mənbə: Le Monde

Seçilən
21
2
Mənbələr
Şərh ()
Bağla